Sağlamlıq
ABŞ həyəcan təbili çaldı: Sürətlə yayılır
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) elan edib ki, ölümcül olan göbələk "həyəcanlı sürətlə" yayılır. Göbələk uzunmüddətli müalicə tələb edir.
Publika.az-ın məlumatına görə, mütəxəssislər bildirib ki, ABŞ-ın tibb müəssisələrində mikrob əleyhinə dərmanlara davamlı olan təhlükəli Candida auris ( C. auris ) olduqca geniş vüsət alır.
C. aurisin ABŞ-da yayılması 2016-cı ildə ilk dəfə bildirildiyi gündən başlayıb. 31 dekabr 2021-ci il tarixinədək ümumilikdə 3270 klinik hadisə (infeksiya varsa) və 7413 skrininq hadisəsi (infeksiya olmadıqda göbələk aşkarlanması) qeydə alınıb. 2016-cı ildən bəri klinik hadisələrin sayı hər il artıb və ən sürətli artım 2020-2021-ci illərdə müşahidə olunub.
2019-2021-ci illər ərzində C.auris halları ilk dəfə 17 ştatda müəyyən edilib. Ölkə üzrə klinik halların sayı 2019-cu ildəki 476-dan 2021-ci ildə 1471-ə yüksəlib. Skrininq hallarının sayı 2020-ci ildən 2021-ci ilə qədər 3 dəfə artaraq ümumi sayı 4041-ə çatıb. 2021-ci ildə C. auris infeksiyaları üçün ən çox tövsiyə edilən göbələk əleyhinə dərmanlar olan exinokandinlərə davamlı xəstələrin sayında da 3 artım müşahidə olunub .
Həkimlər bildiriblər ki, C. auris sağlam insanlar üçün təhlükə yaratmır.
Ayşən
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































