Sağlamlıq
Çəki atmağınıza mane olan qidalar
Bəzən nə qədər pəhriz saxlasanız da çəki ata bilmirsiniz. Bəs görəsən, bunun səbəbi nədir?
Publika.az xarici mediaya istinadən çəkinizin azalmamasının səbəbini təqdim edir:
Hər kəs eyni pəhriz forması ilə arıqlaya bilməz. Hər kəsin orqanizmi pəhrizə müxtəlif reaksiya verir. Nə qədər yediyinizin, nə seçdiyinizin, etdiyiniz idmanın orqanizminizə uyğun olub-olmaması önəmlidir. İlk növbədə hər gün yediklərinizin kalorisini hesablamağı unudun.
Ağ çörək - Kalorisi çox olmasa da, tez-tez acmağınıza səbəb olacaq. Buna görə də ilk növbədə qida rasionunuzdan ağ çörəyi çıxardın. çörək sevirsinizsə, onu qara çörəklə əvəzləyin.
Çips yemək - Bu, arıqlamaq cəhdinizi yerə vuracaq. Yağlı, ətlə boş olan yeməkdən daha çox kalorisi var.
Quru meyvə - Çoxları elə bilir ki, pəhriz zamanı quru meyvə yeyə bilərlər. Qurudulmuş meyvənin tərkibində şəkər daha çoxdur. Bunun üçün təbii meyvə yeməyiniz daha uyğundur.
Dondurma - Tərkibi yağla boldur. Buna görə də çəki atmaq istəyənlərin yeməsi məsləhət deyil.
"Fast food" - Tərkibində olan yağlar orqanizmdə uzun müddət qalır. Onları yox etmək çox çətindir. Tək piylənməyə səbəb olmur, orqanizmin tez yaşlanmasına gətirib çıxarır.
Qurabiyə - İstər şokolad, istər fındıqlı forması orqanizmə ziyandır.
Sosiska, kolbasa - Çalışın bacardığınız qədər az istifadə edəsiniz. Çünki orqanizmdə uzun müddət qalır, çətin həzm olunur. (axşam.az)
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































