Sağlamlıq
110 yaşını ailəsi ilə qeyd edən qadının uzunömürlülük sirri: Kərə yağı, kişmiş...
Corciya ştatının Flintston şəhərinin ən yaşlı sakini Telma Mey Kirbi Littl bir neçə gün əvvəl 110 yaşını böyük ailəsi ilə qeyd edib.
Publika.az xəbər verir ki, Telma nənənin 4 övladı, 7 nəvəsi, 14 nəticəsi, 10 götücəsi var. Çoxsaylı nəvələrindən biri Derriberi Kirbi bildirib ki, nənəsi heyrətamizdir, çox baməzə insandır və güclü yumor hissinə malikdir.
Səbəbkar mətbuata danışmaqdan imtina etsə də, nəvələri nənələrinin uzunömürlülüyünün sirlərini bölüşməkdən məmnun olublar. Məlum olub ki, uzunömürlü olmağın qaydaları çox da çətin deyil.
"O, həmişə bizə deyir ki, spirtli içki içməyin, siqaret çəkməyin, yeddi saat yatın və xırda şeylərə görə narahat olmayın. Yeməyin uzunömürlülükdəki roluna gəldikdə, nənəm deyir ki, hər şeyə donuz yağı tökün və əsl kərə yağı yeyin.
Nənəmin həmişə piştaxtasında donuz yağı və kərə yağı qabları olur, tərəvəz yeməkləri və şorbalara donuz yağı əlavə edir. Littl əla kulinar idi, toyuq və kotlet, sous, həmçinin əla piroqlar hazırlayırdı. Soyuducunun üstündə həmişə alma, kişmiş və şaftalı içliyindən hazırlanan ev piroqları olardı. O, ömrünü başqalarına yardım edərək keçirib və hamının sevimlisi olub", - Derriberi qeyd edib.
Aytən
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
-
Rəsmi xronika12:17İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:50Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?
-
Sosial11:45Bakıda məktəbli qız özünə xəsarət yetirdi - VİDEO
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama








































