Sağlamlıq
Çox çay içən kişilərdə prostat xərçəngi yaranır
Qlazqo universitetinin alimləri çayın kişi orqanizminə təsirini araşdırıb.
Publika.az medicina.az-a istinadən xəbər verir ki, alimlər çox çay içən kişilərdə prostat vəzi bədxassəli şiş riskinin artdığını sübut edib.
Maraqlıdır ki, qadın orqanizminə çay belə təsir etmir. Müntəzəm olaraq hər gün 5 stəkandan artıq çay içən kişilərdə 50 yaşdan sonra prostat şişi riski 50% artır.
Bu araşdırma 50 ildən çox çəkib və on minlərlə insanı əhatə edib. Bu müddətdə kişilər ən çox hansı içkini içdiklərini qeyd ediblər. Məlum olub ki, çaya sevgi alkoqoldan da çox prostat xərçənginə təsir edir. Çayda olan hansı birləşmənin kişi orqanizminə belə mənfi təsirini tapmaq üçün əlavə araşdırmaya ehtiyac var.
Əslində çay müəyyən qədər orqanizmə faydalıdır, amma normadan çox içmək zərər verir.
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər



































