Sağlamlıq
Alimlər təsdiqlədi: Gündə 3 stəkan için, cavanlaşın
Çay qocalıqla mübarizə aparır və gündə üç stəkan müntəzəm çay içmək bioloji yaşı azalda bilər.
Publika.az xəbər verir ki, bu qənaətə Çin alimləri gəlib. Tədqiqatın nəticələri "The Lancet Regional Health - Western Pacific" jurnalında dərc olunub.
Tədqiqatçılar araşdırmaya cəlb edilən insanların hansı çaya üstünlük verdiklərini və onu nə qədər tez-tez içdiklərini öyrənmək üçün sorğu keçiriblər. Daha sonra alimlər iki il ərzində könüllüləri müşahidə edib, onların bioloji yaşı haqqında məlumat toplayıblar. Tədqiqatda Böyük Britaniyadan 37-73 yaş arası 5998, Çindən isə 30-79 yaş arası 7931 nəfər iştirak edib.
Tədqiqatın aparıcı müəlliflərindən biri Yi Xiang qeyd edib ki, gündə təxminən üç stəkan çay içmək və ya altı-yeddi qram çay yarpağı dəmləmək cavanlaşdırıcı təsir göstərə bilər.
O, bioloji yaşın gəncləşməsini çayın tərkibində müxtəlif maddələrin və aktiv birləşmələrin olması ilə bağlı ola biləcəyini irəli sürüb. Yi Xiang qeyd edib ki, ən böyük effekt müntəzəm və qədərində çay içən iştirakçılarda müşahidə olunub. O, spirtli içkilərdən imtinanın da müsbət təsirlərinin olduğunu vurğulayıb.
Aytən Mətun
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər



































