Sağlamlıq
Tərkibində yaşıl çaydan 137 dəfə çox antioksidant var
Matça çayı min ildən çoxdur istifadə olunur. Yaponiyada budistlərin konsentrasiyanı gücləndirmək və bədəni təmizləmək üçün meditasiyadan əvvəl içdikləri matça hazırda daha populyardır.
Publika.az xəbər verir ki, matçanın ən əhəmiyyətli faydalarından biri hər qurtumda bədəni meqa dozada antioksidant ilə təmin etməsidir.
Elmi araşdırmalara görə, matçanın tərkibində yaşıl çaydan 137 dəfə çox antioksidant var. Mütəxəsislər 1 stəkan matça çayının 10 stəkan yaşıl çaya bərabər olduğunu bildirirlər. Tərkibindəki maddələr sayəsində xərçəngdən qoruyucu təsirə malikdir.
Çaylar arasında ən çox “L-Theanine” ehtiva edən matça beyin funksiyalarının inkişafı üçün də çox əhəmiyyətlidir. “L-Theanine” beyində alfa dalğalarını gücləndirir, beləliklə yaradıcılığı artırır.
Matça həm də zehni sakitləşdirir və bədəni rahatlaşdırır. C vitamini, selenium, xrom, sink və maqnezium mənbəyi olan bu çay xolesterolu və qan şəkərini azaldan təsirə malikdir.
1 stəkan matça çayının tərkibində 30 mq kofein var. Yəni tərkibindəki kofeinin miqdarı qəhvədən azdır. “L-Theanine” sayəsində kofein daha yavaş sorulur. Beləliklə, kofeinin müsbət təsirləri daha uzun müddət davam edir.
Son illərdə aparılan başqa bir araşdırmaya görə isə matça çayı fiziki dözümlülüyü 4% artırır.
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
























.jpg)














