Sağlamlıq
Bipolyar pozğunluq hansı yaşda müəyyən edilir?
Psixi xəstəlik olan bipolyar pozğunluq adətən 20-25 yaş arasında özünü göstərir.
Publika.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi, psixiatr Aleksey Pavliçenko danışıb.
“Uşaqlarda və yeniyetmələrdə bipolyar pozğunluğun diaqnozu böyüklərə nisbətən daha çətindir, ilk növbədə onlarda depressiv sindromu müəyyən etmək və bunu başqa davranış pozğunluqlarından, xarakter xüsusiyyətlərindən, əsəbilikdən və digər reaksiyalardan ayırmaq olduqca çətindir. Əgər uşaqlarda narahatlıq, artan hərəkətlilik və impulsivlik əlamətləri müşahidə edilirsə, o zaman diqqət çatışmazlığı hiperaktivliyi pozğunluğu diaqnozu qoyula bilər ki, bu da çox vaxt bipolyar pozğunluq diaqnozundan əvvəl özünü göstərir”, - həkim "RİA Novosti"yə müsahibəsində bildirib.
Həkimin fikrincə, bipolyar pozğunluq tez-tez depressiya, dəlisov fikirlər, halüsinasiyalar, həyəcan və aqressivlik ilə xarakterizə olunur. Ağır hallarda xəstələrin xəstəxanada müalicə alması tələb olunur. Həkim qeyd edib ki, irsi meyllilik, dərmanlar və digər psixi xəstəliklər, həmçinin ağır stress bipolyar pozğunluğun meydana gəlməsinə təsir edən ciddi risk faktorlarıdır.
Aytən
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
















.png)
.jpg)



















