Sağlamlıq
Alim arıqlamaq istəyənlərə ipucu verdi - Hər şeydən dadın...
Kembric Universitetinin genetik və piylənmə üzrə tədqiqatçısı Cayls Yeo köklüyə meylli olan insanlara çəkinin nəzarətdə saxlanılmasına dair mühüm tövsiyələr verib.
Publika.az xəbər verir ki, genetikin sözlərini CNN sitat gətirib. Yeo bildirib ki, piylənmənin əsl səbəbi aclıq və toxluq hisslərini beynin düzgün tanıya bilməməsidir. Onun sözlərinə görə, belə pozğunluqlar çox vaxt genetikadan qaynaqlanır. Həmçinin genetik meyillilik yağ hüceyrələrinin nə qədər böyüyə biləcəyini müəyyənləşdirir. Alim izah edib ki, artıq çəkili insanların beyni arıqlamağa müqavimət göstərir və itirilən çəkini qaytarmaq üçün hər şeyi edir.
"Anlayın ki, siz çox ciddi cəhd göstərmədiyiniz üçün deyil, bu, asan olmadığı üçün arıqlaya bilmirsiniz", - mütəxəssis qeyd edib. Onun fikrincə, yaxşı formalara sahib olmağın ən etibarlı yolu hər şeydən dadmaqdır, lakin daha az miqdarda. Eyni zamanda o, insanları yeməyi sevməyə davam etməyə, onu zərərli və faydalı qruplara bölməməyə çağırıb.
Yeo həmçinin porsiyanı azaltmağa kömək edəcək bir hiylə təklif edib: lifli və zülallı qidaları daha tez-tez yeyin, çünki onlar sizə uzunmüddətli toxluq hissi verir. Bundan əlavə, o, kalorilərin sayına deyil, qida maddələrinin tərkibinə daha çox diqqət yetirməyi tövsiyə edib.
Aytən Məftun
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
















.png)
.jpg)



















