Sağlamlıq
Sağlam insanın dili belə görünür
Dildə patoloji ərp örtüyü mədə-bağırsaq traktının, hətta erkən mərhələdə xərçəngin problemlərini göstərə bilər.
Publika.az xəbər verir ki, bu barədə terapevt Olqa Çirkova danışıb. Onun fikrincə, sağlam insanın dili təmiz, nəmli, çəhrayı, hamar, bərabər kənarlı və aydın görünən papillalı olmalıdır. Diş fırçası ilə asanlıqla çıxarıla bilən kiçik ərpin olması patoloji deyil.
"Patoloji ərp yoluxucu xəstəliklərdə, mədə-bağırsaq traktının xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin xəstəliklər, siqaret çəkən insanlarda, dil xərçəngi və şüa xəstəliyində görünür. Patologiyadan asılı olaraq ərpin rəngi, qoxusu, konsistensiyası və yerləşdiyi yer fərqlənir”, - həkim "NEWS.ru"ya müsahibəsində izah edib.
Ağ ərp mədə ilə bağlı problemlərlə izah olunur, sarımtıl öd sisteminin düzgün işləmədiyini, ağ-boz isə pankreasın yoxlanılmasının zəruriliyini göstərir. Çirkova qeyd edib ki, bunlar həyati təhlükəsi olmayan vəziyyətlərdir. O, əlavə edib ki, bu kimi hallarda şişkinlik səbəbiylə dilin kənarlarında diş izləri də əmələ gələ bilər.
"Mədə-bağırsaq traktının xəstəliklərində ərp dilə zərər vermədən təmizlənir", - mütəxəssis qeyd edib.
Aytən
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar







































