Sağlamlıq
"Orqanizm üçün əsl mükafatdır" - Mütəxəssis göyərtinin möcüzəvi faydalarından danışdı
Bahar yavaş-yavaş özünü göstərir, havalar da son günlər mülayim keçir. İnsanın qış dövründən sonra vitamin çatışmazlığı hiss etdiyi bir vaxtda göyərtilərin ilk tumurcuqları orqanizm üçün əsl hədiyyədir.
Publika.az xəbər verir ki, tibb elmləri namizədi, herbalist Andrey Stepenski teleqram kanalında göyərtilərin rasiona daxil edilməsinin vacibliyindən söz açıb.
"İlkin cücərtilər maksimum mikroelement və vitamin ehtiyatını daşıyır. Bu, quş yumurtası və ya balıq ikrasına bənzəyir. Bu, bitkinin daha da inkişaf edə bilməsi üçün maksimum doyma dərəcəsidir. Cücərtilər və mikrogöyərtilər faydalıdır, çünki tərkibində çox az zərərli maddələr var və aşağı kalorili olurlar. Ancaq bioloji əhəmiyyətli maddələrin konsentrasiyası - vitaminlər, minerallar, məsələn, dəmir və fol turşusu, həmçinin zülal çox yüksəkdir. Və, əlbəttə ki, çox vaxt bu, bədənin bəzi infeksiyalara qarşı müdafiəsidir. Müalicəsi deyil, lakin profilaktikasında çox effektivdir", - mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, ən faydalıları müxtəlif növ kələm, keşniş, nar amarantı, kərəviz, yaşıl soğan, xardal, cəfəri, turp, turşəng, reyhan, buğda cücərtiləridir. Onların tərkibində yetişmişlərə nisbətən daha çox miqdarda C, E, K vitaminləri, antioksidanlar və minerallar var. Bundan əlavə, herbalist yabanı göyərtilərə diqqət yetirməyi məsləhət görür, ancaq onlar magistral yollardan və sənaye müəssisələrinə yaxın yerlərdən toplanmamalıdır.
"Şam ağaclarının gənc tumurcuqlarında da çoxlu vitaminlər var. Yaxud, təzə gicitkən. O, vitaminlərdən əlavə, dövri sistemin bir çox müxtəlif elementlərini ehtiva edir: xrom, molibden, alüminium, nikel. Həmçinin tərkibində günəşin təsiri altında yaranan çoxlu xlorofil var", - Stepenski əlavə edib.
Aytən
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
















.png)
.jpg)



















