Sağlamlıq
Alimlər qocalma prosesini ləngitməyin yolunu tapdılar
Alimlər aşkar ediblər ki, tardiqrad zülalları insan hüceyrələrində maddələr mübadiləsini ləngidə bilər. Bu da qocalma prosesini yavaşladan texnologiyaların inkişafına gətirib çıxara bilər.
Publika.az xəbər verir ki, tardiqrad və ya su ayıları ekstremal şəraitdə yaşamaq qabiliyyətinə malikdirlər. Onlar tamamilə qurudulmuş, dondurulmuş, 150 dərəcədən yuxarı qızğın yerdə, insanın dözə biləcəyindən bir neçə min dəfə artıq işığa məruz qalanda və hətta kosmos vakuumunda da sağ qala bilirlər.
ABŞ-ın Vayominq Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu, tardiqradların həyat proseslərini yavaşlatmaq üçün hüceyrələrin içərisində gel əmələ gətirən zülallardan istifadə etdiyini aşkar edib. Bu zülallar insan hüceyrələrinə əlavə edildikdə, molekullar tardiqradlarda olduğu kimi jelləşir və maddələr mübadiləsini yavaşladır.
Bu kəşf qocalmanı yavaşlatmaq üçün hüceyrələrdə və hətta bütün orqanizmlərdə müvəqqəti ölüm vəziyyətinə səbəb olan yeni texnologiyaların inkişafına səbəb ola bilər.
Roza Şəfiyeva
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
















.png)
.jpg)



















