Sağlamlıq
10 saniyə bir ayaq üstündə qala bilirsinizsə, deməli...
İnsanın yerimə sürəti və bir ayağı üzərində tarazlıq qabiliyyəti bədəninin nə qədər sağlam olduğundan xəbər verə bilər.
Publika.az xəbər verir ki, bu barədə aparılan araşdırmanın nəticələri "British Journal of Medicine" jurnalında dərc olunub. Qeyd olunub ki, əvvəlcə bir ayağınızda tarazlığı qorumaq qabiliyyətinizi qiymətləndirmək lazımdır. Məhz bu sadə test sayəsində bədənin bioloji yaşını və ya sağlamlığınızı ölçə bilərsiniz.
Jurnalın yazdığına görə, əgər bir ayağınız üzərində on saniyə dayana bilmirsinizsə, bu, bədənin yaşlandığını və ölüm riskinin yüksək olduğunu göstərir. Mütəxəssislər həmçinin digər insanların köməyi olmadan yerdən qalxma qabiliyyətinizi qiymətləndirməyi təklif ediblər.
“Jim”lə də bağlı vəziyyət eynidir. Tədqiqatçılar qeyd edirlər ki, 40 dəfə “jim” edə bilən (və bunu bir dəfəyə etmək lazım deyil) insanların infarkt keçirmə ehtimalı daha azdır. Bundan əlavə, mütəxəssislər əl dinamometrindən istifadə edərək qol əzələlərinin performansını, o cümlədən tutma gücünü qiymətləndirməyi məsləhət görüblər.
Gəzinti sürəti də uzunömürlülüyün dərəcəsini qiymətləndirməyə imkan verir. Tədqiqatlar göstərir ki, tez yeriyə bilən insanlar daha uzun yaşayırlar. Məsələn, orta hesabla saatda ən azı altı kilometr sürətlə gəzmək 2-ci tip diabetin inkişaf riskini 39% azalda bilər.
Aytən
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
















.png)
.jpg)



















