Səhiyyə
"Azərişıq" 28 min manat aldı, xəstəxananı 3 günlük qaranlıqdan xilas etdi
Ağsu rayon Mərkəzi Xəstəxanasının elektrik problemi həll olunub.
Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, artıq xəstəxananın borcu ödənilib və elektrik enerjisi bərpa edilib: “Borcun yaranma səbəbi xəstəxananın yeni binaya köçürülməsidir. Yeni binada xərclər artıb, büdcə isə köhnə binaya uyğun müəyyən edilmişdi. Sərfiyyat böyük olduğuna görə borc yaranıb”.
S.Əhmədova bildirib ki, elektrik olmadığı günlərdə heç bir problem yaşanmayıb: “Həmin günlər xəstəxanada generator işləyib. Bütün lazımı tibbi tədbirlər həyata keçirilib. Heç bir xəstənin başqa xəstəxanaya köçürülməsinə ehtiyac qalmayıb”.
Xəstəxananın baş həkimi Şəhrəbanu Məlikova Publika.az-a xəstəxananın 28 min manat borcu olub: “Artıq borc tam ödənilib. Borca görə əvvəldən bizə “Azərişıq” tərəfindən xəbərdarlıq edilmişdi. Lakin bizim büdcəmiz köhnə xəstəxanın büdcəsinə uyğun hesablanmışdı. Yeni xəstəxanada müasir avadanlıqlara daha çox elektrik sərf edilib. Ona görə də borc yaranıb. Üç gün əvvəl 15 dəqiqə işıqların kəsiləcəyini dedilər, sonra bir də vermədilər. Bu gün isə təxminən yarım saat olar elektrik bərpa edilib. Növbəti ilin büdcəsi isə yeni xəstəxanaya uyğun hesablanıb, bir daha belə hal yaşanmayacaq”.
Gülxar
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU

































.jpg)


