Səhiyyə
Doğuş zamanı ölən ana və körpənin yaxınları DANIŞDI: "Yanına buraxmırdılar" - - FOTO/VİDEO
Sumqayıtda doğuş zamanı ana və körpəsi ölüb.
Publika.az xəbər verir ki, hadisə şəhərdəki 1 saylı Doğum Evində qeydə alınıb. 5-ci mikrorayon sakini 38 yaşlı Gülnarə Əkbərova ötən gün günorta saatlarında xəstəxanaya yerləşdirilib. Doğuş isə axşam reallaşıb. Ananın doğuşdan sonra qanaxma nəticəsində öldüyü deyilir. Körpə sağlam doğulsa da, sonradan o, da dünyasını dəyişib. Mərhumun yaxınları isə baş verənlərə görə həkimləri ittiham edirlər.
Leyla Yusifova (mərhumun bacısı): "Bizə dedilər ki, doğuş baş verib və balası yanındadır. Sonra dedilər ki, ölüb. Mənə aydınlaşdırsınlar. Bilmirəm. Yanına da buraxmırdılar. Bacımın niyə öldüyünü bilmək istəyirəm"
Məsələ ilə bağlı Sumqayıt şəhər 1 saylı Doğum Evindən suallarımıza cavab verən tapılmadı. Şəhər Səhiyyə Şöbəsindən bildirdilər ki, araşdırmalara başlanılıb və mayın 10-da rəsmi açıqlama veriləcək. Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyatı qurumlara şikayət ediblər.
Ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib. (ARB 24)
-
Hadisə16:13"Makedon" vəfat etdi
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:20Trampın qızı qəribə geyimi ilə gündəm oldu - FOTO
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi





































