Səhiyyə
Xəstəxanada ŞOK OLAY: MRT cihazı XƏSTƏNİ UDDU
Hindistanın Mumbai şəhərində dəhşətli hadisə baş verib. Xəstəxanada bir qohumunu ziyarət edən 32 yaşlı Rajeş Marunu MRT (maqnit-rezonans tomoqrafiyası) cihazı udub.
Publika.az xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində həmin şəxs ölüb.
Belə ki, xəstəxana işçiləri R.Maruya oksigen balonu verərək, onun MRT otağına daxil olmasını istəyib. R.Maru etiraz etsə də, tibb işçilərin cihazın işlək olmadığını deyib. O otağa daxil olan kimi cihazın maqnit gücü Marunun əlindəki dəmir əşyanı özünə çəkib. O aparata çırpılıb bu zaman oksigen balonu açılıb və oksigen onun nəfəs yollarına daxil olub. Həkimlər ona tibbi müdaxilə etsələr də, o, 10 dəqiqə içərisində ölüb.
Hadisədən sonra Marunu yanlış yönləndirən tibb işçilərinə qarşı iş açılıb. Çünki MRT içərisində güclü maqnit var, o açıq olduğu zaman ətrafdakı bütün metalları özünə çəkir. Ona görə də, MRT otağına girərkən üzərində metal əşyaların olmaması mütləqdir. Hətta ürəyində stend olan, beyin əməliyyatı zamanı beyninə klips taxılan, metal ürək qapaqcıqları və içqulaq protezləri olan xəstələr MRT edilmir.
Əyalət məhkəməsi həmin şəxsin ailəsinə 500 min rupi təzminat qərarı verib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
