Səhiyyə
DİQQƏT - Kişilərdə sonsuzluğa səbəb olan dərmanla bağlı YENİ İDDİA
Fransa və Danimarka alimlərinin ibuprofen tərkibli dərmanlarla bağlı araşdırmasından sonra yeni iddialar gündəmə gəlib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Boston Universitetinin alimləri bu dərmanlarla bağlı araşdırma aparıb. Onların qənaətinə görə, bu dərmanların daxili qanaxmadan başlayaraq infarkta qədər bir çox əks təsiri var.
Mütəxəssislər dərmanın həkim nəzarətində istifadəsini mütləq sayıb.
Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən verilən məlumata görə, ibuprofen dərmanları Azərbaycana örtülü tabletlər (10 ədəd) formasında gətirilir.
"İndiyədək bu dərman vasitəsinin əks təsirləri, əlavə təsirləri ilə bağlı mərkəzə şikayət daxil olmayıb".
Fransa və Danimarka alimlərinin apardığı araşdırmaya görə, tərkibindəki əsas maddə ibuprofen olan dərman yüksək dozada qəbul edildiyi zaman sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsinə səbəb ola bilər.
Dərmanın içlik (təlimat) vərəqində qeyd edilir ki, ibuprofen ağrıkəsici və iltihabəleyhinə vasitə kimi revmatoid artritin (o cümlədən, yuvenil revmatoid artrit və Still xəstəliyinin), ankilozlaşdırıcı spondilit, osteoartroz və digər qeyri-revmatoid (seroneqativ) artropatiyaların müalicəsində istifadə olunur.
Gülxar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


