Səhiyyə
Azərbaycanda dağınıq skleroz xəstəliyin yayıldığı ərazilər açıqlandı
"Dağınıq sklerozdan daha çox 20-40 yaş arası qadınlar əziyyət çəkir".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev jurnalistlərə açıqlama verərkən deyib. O bildirib ki, bu qadınların orqanizmindəki hormonlarla izah edilə bilər:
"Xəstələyin yaranma səbəbləri dəqiq öyrənilməsə də, bu istiqamətdə bir sıra nəzəriyyələr mövcuddur. Xəstəliyin daha çox yayıldığı coğrafi enliklər var. Hətta ekvatordan uzaqlaşdıqca, xəstəlik daha da çoxalır. Bunun səbəbi bir tərəfdən günəşlə bağlıdırsa, digər tərəfdən isə saatların sayının az olunması ilə izah oluna bilər".
2013-2017-ci illər ərzində dağınıq skleroz xəstəliyi ilə bağlı icra olunan proqram çərçivəsində 1400-ə qədər xəstənin müayinə olunduğunu deyən həkim, həmin xəstələrdən 1214 nəfərə dağınıq skleroz diaqnozu qoyulduğunu diqqətə çatdırıb:
"Xəstələrdən 1214 nəfərə dağınıq skleroz diaqnozu qoyulub. Ümumilikdə isə 20 adda preparatlarla təmin edilib. Həmin müddətdə isə qeydə alınanlar arasından 170-dən çoxunda diaqnoz tamamilə inkar edilib".
Mütəxəssis bildirib ki, xəstəlik nəticəsində ölüm hallarına nadir hallarda rast gəlinib: "Bu xəstəlik adətən əlilliyə səbəb ola bilir. Azərbaycanda dağınıq skleroz xəstəliyinə daha çox paytaxt sakinlərində rast gəlinir. Xüsusilə, Quba- Xaçmaz, Bakakən-Şəki zonası üstünlük təşkil edir. Xəstəliyin yaranma əlamətləri müxtəlifdir. Bu səbəbdən də xəstəliyin konkret olaraq hansı səbəbdən yarandığını demək mümkün olmur. Xəstələr daha çox görmə, müvazinət və hissiyyat pozulması ilə bağlı müraciət edirlər. Bu cür əlamətlər başqa xəstəliklərdə də müşahidə olunduğundan müqayisə etmək üçün dəqiq diaqnoz qoymaq şərtdir. Dağınıq sklerozun genetik meyillilik tam müəyyən olunmayıb. Lakin bir-iki ailədə birinci nəsil qohumlarda bu xəstəliyə rast gəlinib".
Xatırladaq ki, dağınıq skleroz xəstəliyi nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox ocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlikdir.
Könül Cəfərli
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib






.jpg)





















.jpg)
.jpg)




