Səhiyyə
Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirildi
Bu gün Bakı Ürək Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş "Səhiyyədə müasir nailiyyətlər" mövzusunda konfrans keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Bakı Ürək Mərkəzinin baş həkimi Könül Xəlilova Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu deyib.
O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib.
Respublika Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin müdiri Xəlil Hüseynov qeyd edib ki, oftalmologiya elminin inkişafı nəticəsində artıq oftalmoloji xəstəliklərin müalicəsində yeni üsullardan və texnologiyalardan istifadə edilir. Bu da ölkəmizdə bir çox xəstəliklərin müalicəsinə və mürəkkəb əməliyyatların həyata keçirilməsinə imkan yaradıb.
RDM-in diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahı Ahmet Memiş son vaxtlar Azərbaycanda tibbin bu sahəsi üzrə görülən işlərdən danışıb.Tədbir digər mütəxəssislərin çıxışları ilə davam edib.
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
















.jpg)



















.jpg)

.jpg)