Səhiyyə
Tələbələr pulsuz əməliyyat edildi
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin təşəbbüsü ilə universitetin imtiyazlı tələbələri ödənişsiz əməliyyat olunub.
Azərbaycan Tibb Universitetindən Publika.az-a verilən məlumatda bildirilir ki, aprelin əvvəllərindən etibarən tələbələr ödənişsiz müayinə olunublar. Tələbələr arasında müayinə məqsədilə universitetin Tədris Cərrahiyyə Klinikasına müraciət edənlərin sayı demək olar ki, daha çoxdur. Klinikanın oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun verdiyi məlumata görə, 16 gün ərzində 595 tələbə tam müayinə olunub:
“Rektor Gəray Gəraybəylinin təşəbbüsü ilə müayinə olunan tələbələr arasında Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid və valideyn himayəsindən məhrum olmuşların övladları isə bu gün keçirilən aksiyada ödənişsiz əməliyyat olunublar”.
Dünyaşöhrətli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olması münasibəti ilə aprelin 26-da keçirilən aksiyada 14 tələbə əməliyyat olunub. Onlar arasında refreksiya anomaliyalı olan xəstələr, yəni miopiya, mürəkkəb miopik astikmatizm, qarışıq astikmatizm olan xəstələr üstünlük təşkil ediblər.
Q.İsmayılovun bildirdiyinə görə, xəstələr əməliyyat olunduqdan sonra təkrar müayinə olunub. Onların ən aşağı görmə qabiliyyəti 80 faiz, ən yuxarı görmə qabiliyyəti isə 100 faiz təşkil edib.
Şöbə müdiri bu aksiyanın sonuncu olmayacağını, Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə də davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, bu aksiyanın tətbiq dairəsi təkcə universtetin tələbələri ilə məhdudlaşmayıb. Aksiyadan həmçinin, Qarabağ döyüşlərində iştirak edənlərin ailə üzvləri də yararlana bilib.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






