Səhiyyə
Naxçıvanda ilk dəfə süni mayalanma ilə uşaq doğuldu - FOTO
Naxçıvanda ilk dəfə olaraq süni mayalanma yolu ilə uşaq dünyaya gəlib. Körpə mayın 15-i Beynəlxalq Ailə Günündə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində dünyaya gəlib.
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, doqquz illik övlad həsrətindən sonra dünyaya gələn körpə Culfa rayonunun sakinləri Quliyevlər ailəsindəndir.
Valideynlər bildirir ki, neçə illərdir Türkiyə və İranda müalicə alıblar, lakin heç bir ümidverici hal baş verməyib.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanovanın verdiyi məlumata görə, doqquz ildir sonsuzluqdan əziyyət çəkən ailə Mərkəzə müraciət edərək hərtərəfli müayinə və laborator analizlərdən keçib, 2019-cu il sentyabrın 15-də Mərkəzi Klinikanın həkim heyəti ilə birlikdə cütlüyə süni mayalanma tətbiq edilib:
"Hamiləlik baş tutduqdan sonra qadının hamiləlik dövrü mərkəzimiz tərəfindən ciddi şəkildə izlənilib və uğurlu nəticə əldə olunub. Bu süni mayalanma Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin və Mərkəzi Klinikanın həkim-ginekoloqu Mahirə İsmayılovanın iştirakı ilə həyata keçirilib. Doğulan uşağın çəkisi 3 kiloqram 400 qramdır, cinsi oğlandır, bütün instrumental və laborator müayinələrdən keçirilən körpə tam yetkin və sağlamdır".
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi çox zəngin maddi-texniki bazaya malikdir, ən müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. Mərkəz dünyanın ən qabaqcıl klinikaları səviyyəsində qurulub. Burada endoskopik və açıq əməliyyatların aparılması üçün şərait mövcuddur. Mərkəzdə ekstrakorporal mayalanma şöbəsi və embrioloji laboratoriya da var.
-
Kriminal23:00Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi
-
Magazin120:36Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki...
-
Hadisə20:12İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi
-
Kriminal20:0010 min manat oğurlayıb brend geyimlər aldı
-
Ekopublika.az18:30Azərbaycanda ödəniş kartları ilə bağlı yenilik tətbiq ediləcək
-
Sosial16:19Şimşək çaxacaq, dolu düşəcək - Hava ilə bağlı xəbərdarlıq
-
Sosial15:42Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:30Prezident fərman imzaladı








































