Səhiyyə
Son günlər ailədaxili yoluxma halları artır - TƏBİB
Rayon və şəhərə gedib-gəlmək icazəsi olan şəxslərin hərarətinin postlarda ölçülməsi mümkün haldır.
Publika.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Lakin bunu tibb mütəxəssisləri həyata keçirsə daha doğru olar. Hər halda hərarəti olan şəxslər bunu nəzərə alıb, yola çıxmazlar. Hələ ki, temperaturun ölçülməsi nəzərdə tutulmur. Bu günə qədər xəstələrin dövrü müayinə və müalicəsi ilə bağlı arayışlar ən çox Siyəzən rayonunda verilib".
TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, bu gün əsl vətənpərvər, xalqını sevən insan ölkəmizin çətin sınaq qarşısında olduğunu başa düşməlidir:
"Bu gün xəstələri müəyyən etmək çətindir. Sərhədlərin bağlanması, karantin rejimindən hər birimiz əziyyət çəkirik. Bizim də evimizə gələ bilməyən yaxınlarımız çoxdur. Qısa qapanma günlərində biz təması azaltmaq istəsək də, vətəndaşlar rayonlara axın etdilər və həmin rayonların əhalisi bu barədə bizə məlumat verdi".
O bildirib ki, bu vəziyyət hələ uzun müddət davam edəcək:
"Sadəcə ətrafınızda olan xəstələrə baxın. Mənim yaxınlığımda ailəiçi yoluxma halları çoxdur. Hazırda klastr şəklində ailədaxili yoluxmalar var. Bizim dediyimiz qapanmaları düzgün yerinə yetirmədiyimiz halda, yolxumaları artırırıq".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
