Səhiyyə
Azərbaycanda məşhur hospital LƏĞV OLUNDU - VİDEO
Video əlavə edilib.
*****
00:32
"Baku Caspian Hospital" ASC ləğv olunduğunu elan edib.
Publika.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat dərc edilib.
Bildirilir ki, keditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 78 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Baku Caspian Hospital” 2017-ci ildə vaxtilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olmuş, sonradan isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) təhvil verilmiş “Mərkəzi Dənizçilər Xəstəxanası”nın idarə edilməsi məqsədi ilə yaradılıb.
Səhmdar cəmiyyətinin baş direktoru Qerasim Rüstəmov “Report”a açıqlamasında rəhbərlik etdiyi kommersiya qurumunun ləğv olunmasını xəstəxananın Dövlət Gömrük Komitəsinin balansına verilməsi ilə izah edib: “Bundan sonra Komitənin 2 tibb müəssisəsi olacaq. Bunlardan biri Mərkəzi Gömrük Hospitalıdır ki, hazırda tamamilə koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Mənim rəhbərlik etdiyim və artıq “Dövlət Gömrük Komitəsinin xəstəxanası” adlanan bu obyektdə isə digər xəstələr müalicə olunacaq. Bununla bağlı Nazirlər Kabinetinin qərarı var”.
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"



























.jpg)









.jpg)
