Səhiyyə
45 həkim hərbçilərimizə yardım üçün Vətənə gəldi
Türkiyədə tibbi təhsilini bitirərək qardaş ölkədə işləyən 45 azərbaycanlı həkim könüllü olaraq cəbhə bölgələrində hərbçilərimizə tibbi yardım göstərmək üçün Vətənə yola düşüb.
Publika.az xəbər verir ki, azərbaycanlı həkim heyəti oktyabrın 10-da Ankaranın Əsənboğa Hava Limanından yola salınıblar.
Qeyd edək ki, həkim soydaşlarımızın Azərbaycanın belə taleyüklü günündə Vətənimizə dönməsi Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin təşkilatçılığı və Azərbaycanın Ankaradakı səfirliyinin dəstəyi ilə həyata keçirilib. Bundan başqa qardaş ölkədə toplanan 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə göndərilib.
Gənc həkimlərimiz böyük ruh yüksəkliyi ilə Azərbaycana döndüklərini üçrəngli bayrağımıza bürünərək Əsənboğa Hava Limanında təntənəli şəkildə yola çıxmaları ilə də nümayiş etdiriblər.
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi



































.jpg)

.jpg)