Səhiyyə
Müasir Reabilitasiya Mərkəzi sabahdan yaralı hərbçilərə xidmət göstərəcək
"Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət yetirir və qayğı göstərir. Bu qayğının nəticəsidir ki, ölkə başçısının tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən səkkizmərtəbəli reabilitasiya mərkəzi inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həmin mərkəzin döyüşlərdə iştirak edib yaralanan hərbçilərə xidmət göstərməsi qərara alınıb. Səhiyyə və Müdafiə nazirlikləri həmin təşəbbüsü dəstəkləyərək qərara alıblar ki, Vətən müharibəsində iştirak edib yaralanan hərbçilərə sabahdan etibarən həmin mərkəzdə xidmət göstərilsin. Əminəm ki, bu mərkəzdə reabilitasiya keçən hərbçilərimiz tez bir zamanda sağlamlıqlarına qovuşa biləcəklər".
Publika.az zəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
Mərkəzin Baş direktoru Mürsəl Mürsəlov isə bildirib ki, Reabilitasiya Mərkəzində eyni anda 200 hərbçiyə xidmət göstərilməsi nəzərdə tutulub: “Burada hərbçilər reabilitasiya, fizioterapevtik və digər ixtisaslı həkim müalicəsi təmin olunacaqlar. Bura ən müasir avadanlıqlarla təchiz olunub. Həmin avadanlıqlar ölkəmizdə bir çox müəssisələrdə mövcud deyil. Eyni zamanda, xəstələrə yüksəkixtisaslı həkimlər xidmət göstərəcəklər. Mərkəzdə əsasən dayaq-hərəkət sistemində problemi olan xəstələr müalicə alacaq və mütəxəssislər onların yaxın zamanlarda normal həyata qayıtmaları üçün əllərindən gələni edəcəklər. Burada əsas məqsəd hərəkət məhdudiyyəti olanların bərpası, müalicəsi və normal həyata qayıtmasına nail olmaqdır”.
Onun sözlərinə görə, mərkəzdə ətrafların hərəkətini tam və ya yarımçıq itirənlərin, psixi durumunda problem olanların normal həyata qaytarılması nəzərdə tutulub: “Müharibədə aşağı və yuxarı ətraflarda ciddi xəsarət alan, onları itirənlərin ilk növbədə psixoloji durumu normallaşdırılmalıdır. Müharibə yeni bitib, protezlərlə təminat növbəti mərhələdə olacaq. Xəstələrin qəbulu Müdafiə Nazirliyinin göndərişləri əsasında həyata keçiriləcək. Reabilitasiya dövrü minimum iki həftə olacaq. Lakin ola bilər ki, həmin müddət uzadılsın”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
