Səhiyyə
2024-cü ildən pensiyaçılar və işsiz vətəndaşlar da icbari tibbi sığorta haqları ödəyəcək
2024-cü ildən pensiyaçılar və işsiz vətəndaşlar da icbari tibbi sığorta zərfindən istifadə üçün icbari tibbi sığorta haqları ödəyəcəklər.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən deyiblər.
Agentlikdən qeyd edilib ki, 2024-cü ildən sonra bu şəxslərin zərfdən istifadəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada tənzimlənəcək. Bununla bağlı icra mexanizmləri də hazırlanacaq.
“Tibbi sığorta haqqında” Qanuna əsasən dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 1 yanvar 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır. İcbari tibbi sığorta haqqı ödəməklə sığortaolunan Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə istifadə edə bilir.
Qanuna əsasən digər şəxslər, bunlara aiddir heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər isə 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Hazırda digər şəxslər üzrə icbari tibbi sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. (trend)
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
















.jpg)



















.jpg)

.jpg)