Səhiyyə
Elə bir dövrdəyik ki... - Korona ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ
Gənclər arasında yoluxma halları artıb. Yoluxma sayının artmasının əsas səbəbləri insanların arxayınlaşması və sosial məsuliyyətsizlikdir. Hazırkı səbəblərdən biri mövsümlə əlaqəlidir. Mövsümi infeksiyaların aktiv olduğu dövrdəyik. Belə bir dövrdə immun sistemi zəiflədiyi üçün xəstələnmə hallarının artdığını görə bilirik.
Publika.az xəbər verir ki, bu sözləri həkim-infeksionist, TƏBİB-in İşçi Qrupunun üzvü Natiq Əliyev deyib. Həkim qeyd edib ki, insanlar arasında risk və xəstələnmə faktorları müxtəlifdir:
“65 yaşdan yuxarı insanlar risk faktoruna daxildir. Bu o demək deyil ki, cavanlar infeksiyaya yoluxmayacaq. Sadəcə indiyə qədər olan ştammlarda gənclərin xəstəliyi yüngül keçirdiyini müşahidə edirdik. Son dönəmlərdə isə xəstəxanaya yeniyetmələrin də yerləşdirilməsinin şahidi oluruq. Bunlar adətən 15-18 yaş arası olanlardır. Artıq COVID-19-un cavanlaşdığını, hətta ağır gedişli cavanlaşmanın olduğunu da gördük. Cavanlar arasında ölüm halları var. Lakin ümumilikdə rəqəmlərdə ciddi dəyişiklik nəzərə çarpmır. Vaxtında və düzgün başlamış müalicə ilə ağırlaşmanın qarşını almaq mümkündür. 3-4 ay əvvəl xəstəliklə mübarizəyə orqanizm daha gec cavab verirdi deyə, həkimlər də, xəstələr də çox yorulurdu. Gənclər arasında ölüm halları yanaşı patologiyalar olduğu halda baş verir. İmmun sistemini zədələyən faktor varsa, virusa yoluxan xəstə infeksiyanı ağır keçirəcək. Eyni zamanda, virus yükündən də asılıdır”.
Həkim bildirib ki, ev şəraitində aparılan yanlış müalicələr xəstənin vəziyyətinin ağırlaşmasına səbəb ola bilər:
“Koronavirus müalicə protokolunu virusla mübarizə aparan hər kəsə aid etmək olmaz. Hər kəsin fərqli orqanizmi var və hər bir orqanizm müalicəyə fərqli cavab verir. Koronavirus viral infeksiyadır, onun müalicəsində antiviruslar istifadə olunur. Antibiotiklərsə bakterial infeksiyalarda istifadə olunan preparatlardır. Antibiotiklərdən o zaman istifadə olunur ki, xəstənin yanaşı olaraq antibakterial dəyərləri yüksək olur, qanda bakterial faktor olur. COVID-19-u ev şəraitində yüngül keçirən insanlar antibiotik qəbul etməklə özünə yaxşılıq yox, pislik etmiş olur. Antibiotiklərlə bakterial floranı aşağı salmaqla immun defisit artır və virus üçün lazım olan münbit şərait yaranır”.
N.Əliyev vurğulayıb ki, birinci və ikinci doza müxtəlif vaksinlərdən vurula bilməz:
“Birinci doza vurulduqdan sonra orqanizm onunla tanış olur. 28 gündən sonra ikinci doza nəticəsində əmələ gələn immun hüceyrələrin davamlılığını yaradırıq. Ayrı-ayrı vaksinlər vurdurmaqla müsbət və xeyirli heç nə əldə etmirik. Bəzən insanlar düşünür ki, birinci dozadan sonra yoluxdurucu deyil. Amma bu düşüncə yanlışdır. Hətta ikinci dozadan 2-3 həftə sonra tamamilə formalaşmış immunitet əmələ gəlir.
Hazırda ölkədə peyvəndlənmə işləri davam edir. Əhalinin 50 faizi peyvəndləndikdən sonra ekspertlər tərəfindən icazə verilərsə, müəyyən yumşaldılma qaydaları həyata keçirilə bilər. Hər halda kütləvi immunitet yaranmayana qədər maskadan çıxmaq real görünmür, həm də təhlükəlidir”.
Aytən Məftun
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
























.jpg)

.jpg)












