Səhiyyə
Azərbaycanda nə qədər EKMO cihazı var?
TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində hazırda 12 ədəd EKMO cihazı mövcuddur. Bu cihaz ağır koronaviruslu xəstələrin müalicəsində tətbiq olunur.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən məlumat verilib.
EKMO cihazı nədir?
EKMO (ECMO) - ekstrakorporal membran oksigenlənmə cihazıdır. İlk uğurlu EKMO cihazı Kaliforniyada 1971-ci ildə həkimlər C.Donald Hill və Mauri Bramson tərəfindən tətbiq olunub. Mexaniki qan dövranına dəstək sistemlərindən biri olan EKMO son illərdə ciddi inkişaf yolu keçib.
EKMO aparatı müvəqqəti olaraq ağ ciyərlərin funksiyasını yerinə yetirməklə qanı oksigenlə təmin edir. Bu avadanlıqdan ağır sətəlcəm şəraitində nəfəs almağa çətinlik çəkən xəstələri müalicə üçün istifadə olunur.
Texniki olaraq qan venoz qan dövranından orqanizmin xaricinə çəkilir və oksigen artırılır, karbon-dioksid azaldılır. Təkrar ya venoz qan dövranına, ya da arterial sistemə geri verilir. Bu, işləmə prinsipi olaraq açıq ürək əməliyyatlarında gündəlik istifadə olunan süni ağciyər-ürək aparatının fərqli modifikasiyasıdır.
Venoarterial (VA) EKMO aparatı həm oksigenverici, həm də qan dövranına mexaniki dəstək məqsədilə eyni anda ürək və ağciyər çatışmazlığı zamanı istifadə edilir. Venovenoz (VV) EKMO aparatı isə sadəcə, ağciyər çatışmazlığı zamanı oksigen alış-verişinə dəstək məqsədilə istifadə olunur. Qan venoz sistemdən çəkilib təmizləndikdən sonra təkrar venoz sistemə verilir.
Ümumiyyətlə, EKMO-nun istifadəsində fizioloji olaraq məqsəd toxumalarda normal oksigen dövranını tənzimləmək və ağciyərlər istirahət edərkən karbon-dioksidi uzaqlaşdıraraq normal aerobik metabolizmaya şərait yaratmaqdır.
İmmun sistemi patogenlə mübarizə apardığı dövrdə bu aparat həmin orqanlara istirahət üçün şərait yaradır.
Hemofiltirasiya ciddi ürək çatmazlığı olan (kardiomiopatiya) xəstəni EKMO aparatına qoşub onu xarici ölkəyə transfer etmək mümkündür. Həmçinin qaraciyər çatışmazlığı olan xəstəyə MARS (Molekulyar absorban resirkulyasyon sistem) və ya qaraciyər dializi prosedurunun həyata keçirilməsi zamanı da EKMO cihazı qoşula bilər.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...













.jpg)





















.jpg)


