Səhiyyə
Bu əlamətləriniz varsa, deməli "Omikron" ştamına yoluxmusunuz - HƏKİM AÇIQLADI
Koronavirusun "Alfa" ştamında 60-70 faiz hallarda dadbilmə və qoxu bilmənin itməsi və yaxud dəyişməsi müşahidə olunurdu. "Delta" ştamında isə ən çox müşahidə olunan əlamətlər boğaz ağrıları, şiddətli sümük ağrıları və yüksək dərəcədə temperatur idi. Koronavirusun yeni aşkarlanan "Omikron" ştamında isə əsas əlamətlər süstlük, hədsiz dərəcədə yorğunluq və şiddətli baş ağrılarıdır. Bir də "Omikron" ştamında oksigenin düşməsi digər ştamlarla müqayisədə az müşahidə olunur. Yəni koronovirusun digər ştamlarına xas olan iybilmə və dadbilmənin itməsi, sümük ağrıları, boğaz ağrıları, yüksək temperatur "Omikron" ştamı üçün xarakterik deyil.
Bu sözləri Publika.az-a açıqlamasında pulmonoloq-allerqoloq Ramin Nəriman deyib.
Həkim qeyd edib ki, koronovirusun hər hansı bir ştamının seçici olaraq hər hansı ölkə üçün fərdi qaydada təhlükəsi yoxdur:

“Təhlükəsizliyi və təhlükə dərəcəsi bütün ölkələr üçün eynidir. O cümlədən Azərbaycan üçün "Omikron" ştamının hər hansı fərdi təhlükəsi yoxdur. Azərbaycanın digər dünya ölkələri kimi, əlaqələri var və bu əlaqələrin hesabına da "Omikron" ştamının gələcəkdə Azərbaycanda müşahidə olunması mümkün haldır, sadəcə fəsadları və hansı təhlükələrə səbəb olması barədə hazırda dəqiq məlumatlar yoxdur. Odur ki, təşvişə düşməyə, həyəcanlanmağa səbəb görmürəm.
Qapanmalara və sərhədlərin bağlanmasına əsasən Avropa ölkələri gedirlər. Çünki bu ölkələrdə turist axını çoxdur. Azərbaycana hazırda ciddi turist axını yoxdur, düşünmürəm ki, koronovirusun hər hansı bir ştamına görə sərhədlər bağlansın və qapanmalara gedilsin. Bunun düzgün yol olduğunu hesab etmirəm”.
Aytən Məftun
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi



































.jpg)

.jpg)