Səhiyyə
Əlillərin dərmanla təminatında YENİ QAYDA
Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nı təsdiq edib.
Publika.az xəbər verir ki, bu Qayda əlilliyi olan şəxslərin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların (əlilliyi olan şəxslər) dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydasını tənzimləyir.
Bu Qayda əlilliyi olan Azərbaycan vətəndaşlarına və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Əlilliyi olan şəxslər bu Qaydaya əlavədə müəyyən edilmiş “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları ilə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində ( tibb müəssisələri) təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Həmin tibb müəssisələrinin siyahısı onların maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması və göstərdikləri xidmətin əhaliyə əlçatanlığı nəzərə alınmaqla müəyyən edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir.
Əlilliyi olan şəxslərə dərman preparatları bu Qaydayaya əlavə ilə müəyyən edilmiş “Pulsuz dərman resepti blankının forması” (resept) əsasında verilir. Tibb müəssisələrini dərman resepti blankı ilə Səhiyyə Nazirliyi təmin edir. Əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndəsi şəxsiyyəti təsdiq edən sənədlə tibb müəssisəsinə müraciət etdikləri gün reseptlə təmin edilirlər. Bir reseptdə yalnız bir dərman preparatı yazılır. Ambulator müalicə ilə əlaqədar verilən dərman prepa- ratlarının dəyəri əlilliyi olan şəxslərin yaşadığı ərazi üzrə bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan dövlət tibb müəssisə lərinin xərclərində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
Dövlət tibb müəssisələri və reabilitasiya müəssisələrində Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulan tibbi xidmətlər əlilliyi olan şəxslərə icbari tibbi sığorta vəsaitləri hesabına göstərilir. Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslərə bu Qaydada və Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə nəzərdə tutulmuş tibbi xidmətlərdən əlavə digər tibbi xidmətlər müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik), Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişləri əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı:
Sıra №-si |
Dərman preparatlarının adı (beynəlxalq patentləşdirilməmiş adı və qrup adı) |
Buraxılış forması |
Ağrıkəsicilər və qeyri-steroid iltihabəleyhinə dərman vasitələri |
||
1. |
Diklofenak |
tablet, məlhəm |
2. |
Ketorolak |
tablet, inyeksiya üçün məhlul |
3. |
Etorikoksib |
tablet |
4. |
Meloksikam |
tablet |
5. |
İbuprofen |
tablet, suspenziya |
Allergiya əleyhinə dərman vasitələri |
||
6. |
Xloropiramin |
tablet |
7. |
Setirizin |
tablet |
8. |
Difenhidramin |
tablet,inyeksiya üçün məhlul |
Ürək damar sistemi üçün dərman vasitələri |
||
9. |
Amiodaron |
tablet |
10. |
Amlodipin |
tablet |
11. |
Enalapril |
tablet |
12. |
Kaptopril |
tablet |
13. |
Kandesartan |
tablet |
14. |
Lizinopril+ Hidroxlortiazid |
tablet |
15. |
Perindopril+İndapamid |
tablet |
16. |
Metoprolol |
tablet |
17. |
Bisoprolol |
tablet |
18. |
İnozin |
tablet |
19. |
Trimetazidin |
tablet |
20. |
Diqoksin |
tablet |
21. |
Maqnezium aspartat+kalium aspartat |
tablet |
22. |
Korvalol |
damcı |
23. |
İzosorbid dinitrat |
tablet |
24. |
Atorvastatin |
tablet |
Beyin və periferik qan dövranını yaxşılaşdıran dərman vasitələri |
||
25. |
Nimodipin |
tablet |
26. |
Sinnarizin |
tablet |
27. |
Pirasetam |
tablet, inyeksiya üçün məhlul |
28. |
Serebrolizin |
inyeksiya üçün məhlul |
29. |
Niserqolin |
tablet |
30. |
Alfa lipoy turşusu |
tablet, inyeksiya üçün məhlul |
31. |
Aktovegin |
inyeksiya üçün məhlul |
32. |
Pentoksifillin |
tablet |
Antiaqreqant, antikoaqulyant dərman vasitələri |
||
33. |
Asetilsalisil turşusu |
tablet |
34. |
Klopidoqrel |
tablet |
35. |
Varfarin |
tablet |
Sidikqovucu dərman vasitələri |
||
36. |
Furosemid |
tablet |
37. |
Spironolakton |
tablet |
Həzm sisteminə təsir edən dərman vasitələri |
||
38. |
Pankreatin |
tablet, kapsul, draje |
39. |
Omeprazol |
kapsul |
40. |
Lansoprazol |
kapsul |
41. |
Metoklopramid |
tablet |
42. |
Aluminium hidroksid+ maqnezium hidroksid |
suspenziya, tablet |
43. |
Drotaverin |
tablet |
44. |
Ursodeoksixol turşusu |
tablet, kapsul |
Tənəffüs sisteminə təsir edən dərman vasitələri |
||
45. |
Asetilsistein |
tablet |
46. |
Salbutamol |
inhalyasiya üçün |
47. |
İpratropium bromid+fenoterol |
inhalyasiya üçün |
48. |
Salmeterol+flutikazon |
inhalyasiya üçün |
Sinir-əzələ sisteminə təsir edən dərman vasitələri |
||
49. |
Piridostiqmin bromid |
tablet |
50. |
İpidakrin |
tablet |
Vitamin və minerallar |
||
51. |
Piridoksin hidroxlorid |
inyeksiya üçün məhlul |
52. |
Tiamin xlorid |
inyeksiya üçün məhlul |
53. |
Sianokobalamin |
inyeksiya üçün məhlul |
54. |
Nikotin turşusu |
inyeksiya üçün məhlul |
55. |
Polivitaminlər |
tablet, inyeksiya üçün məhlul |
56. |
Kalsium duzları |
tablet |
57. |
Xolekalsiferol |
damcı, tablet |
Antimikrob dərman vasitələri |
||
58. |
Amoksisillin +klavulon turşusu |
tablet, suspenziya |
59. |
Sulfosalazin |
tablet |
60. |
Azitromisin |
tablet, suspenziya |
Oftalmoloji dərman vasitələri |
||
61. |
Timolol |
damcı |
62. |
Adenozin+sitoxrom+ nikotinamid |
damcı |
Hormonal dərman vasitələri |
||
63. |
Metilprednizolon |
tablet |
64. |
Desmopressin asetat |
sprey, tablet |
65. |
Somatotropin |
inyeksiya üçün məhlul |
66. |
Nandrolon |
inyeksiya üçün məhlul |
67. |
Prednizolon |
tablet |
68. |
Budezonid |
sprey |
69. |
Betametazon |
krem.məlhəm |
70. |
Deksametazon |
inyeksiya üçün məhlul |
Epilepsiya əleyhinə dərman vasitələri |
||
71. |
Qabapentin |
kapsul |
72. |
Levetirasetam |
tablet |
73. |
Valproy turşusu duzları |
tablet, kapsul, şərbət |
74. |
Karbamazepin |
tablet |
75. |
Benzobarbital |
tablet |
76. |
Topiramat |
kapsul |
77. |
Fenobarbital |
tablet |
78. |
Lamotrigin |
tablet |
Bazis iltihab əleyhinə (immunosupressiv) dərman vasitələri |
||
79. |
Azatioprin |
tablet |
80. |
Everolimus |
tablet |
81. |
Takrolimus |
kapsul |
82. |
Sirolimus |
tablet |
83. |
Siklosporin |
kapsul |
84. |
Mikofenolat mofetil |
tablet, kapsul |
85. |
Metotreksat |
tablet |
Parkinsonizm əleyhinə dərman vasitələri |
||
86. |
Levodopa+Karbidopa |
tablet |
87. |
Levodopa+Karbidopa+Entakapo |
tablet |
88. |
Triheksifenidil |
tablet |
Mərkəzi təsirli miorelaksantlar |
||
89. |
Tolperizon |
tablet |
90. |
Baklofen |
tablet |
Depressiya əleyhinə dərman vasitələri |
||
91. |
Duloksetin |
kapsul |
92. |
Amitriptilin |
tablet, inyeksiya üçün məhlul |
93. |
Essitalopram |
tablet |
94. |
Klomipramin |
tablet |
Antipsixotik dərman vasitələri |
||
95. |
Haloperidol |
tablet, inyeksiya üçün məhlul |
96. |
Klozapin |
tablet |
97. |
Levomepromazin |
tablet |
98. |
Perfenazin |
tablet |
99. |
Perisiazin |
kapsul |
100. |
Risperidon |
tablet, məhlul |
101. |
Ketiapin |
tablet |
102. |
Flufenazin |
inyeksiya üçün məhlul |
103. |
Sulpirid |
tablet, kapsul, inyeksiya üçün məhlul |
104. |
Trifluoperazin |
tablet |
105. |
Xlorprotiksen |
tablet |
106. |
Aripiprazol |
tablet |
107. |
Xlorpromazin |
tablet, draje |
Trankvilizəedici dərman vasitələri |
||
108. |
Alprazolam |
tablet |
109. |
Diazepam |
tablet, inyeksiya üçün məhlul |
110. |
Fenazepam |
tablet |
111. |
Klonazepam |
tablet |
112. |
Hidroksizin |
tablet |
113. |
Zopiklon |
tablet |
Opioid analgetiklər |
||
114. |
Fentanil |
transdermal |
115. |
Morfin |
ampul |
116. |
Omnopon |
ampul |
117. |
Tramadol |
kapsul, ampul |
118. |
Trimeperidin |
ampul |
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR
-
İdman02:19
Klublararası DÇ-də səbətlər bəlli oldu: Püşk bu sistemlə atılacaq – FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: bunu etməsəniz, hər şey yaxşı olacaq
-
Avropa00:55
Fransanın Baş naziri istefa verdi
-
Hadisə00:15
Bakı metrosunda baş verənlərə görə bu gün xüsusi iclas olacaq - RƏSMİ
-
MDB4 Dekabr 23:25
Rusiyadan Paşinyanın KTMT ilə bağlı bəyanatına CAVAB
-
İdman4 Dekabr 22:30
Bekhemin oğlu yeni sevgilisi ilə FOTOsunu paylaşdı: Onun üçün döymə də etdirib
-
Magazin14 Dekabr 22:18
"Nanənin xəbəri olmayıb" - Əməkdar artist qalmaqallı sürprizdən danışdı