Səhiyyə
TƏBİB: “Qoşduğunuz sistemlər zərərli ola bilər, infeksiya riskidir”
Bu bir il ərzində çox böyük hadisələr yaşadıq. Ən böyük uğurumuz ilin əvvəlində vaksinasiya prosesinin başlanması oldu. Hər ölkə bu qədər çevik reaksiya verə bilməmişdi. Regionda Azərbaycan ilk ölkələrdən oldu ki, kütləvi şəkildə yetəri qədər vaksin əldə edə bildi. Vaksinasiya öz effektivliyini ilin sonuna doğru getdikcə daha yaxşı göstərməyə başladı. Xüsusilə son aylardakı yoluxma saylarında əldə etdiyimiz stabillik məhz ilin əvvəlindəki vaksinasiya prosesi ilə bağlıdır. Ölkəmizdə koronavirusla mübarizədə atılan addımların uğurlu nəticələrini görürük.
Publika.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Həkim bildirib ki, Azərbaycan karantin rejimindən mərhələli və hazırlıqlı şəkildə çıxırdı:
“İnsanların davranışı burda çox önəmlidir. Omikron ştamı hələ bizdə aşkarlanmayıb, bunun üçün biz daim testlər götürür, analizlər aparırıq. Lakin ölkəmiz dünyadan ayrı şəkildə yaşayan bir cəmiyyət deyil. Məqsəd ondan ibarətdir ki, yeni ştam gələnə qədər vaksinasiyanı bir qədər də gücləndirək. Buster dozaların vurulmasına insanlar daha ciddi yanaşmalıdır. Çünki ilk iki doza vaksinasiya müəyyən müddətdən sonra öz təsirini itirmiş olur. İtirilmiş immuniteti yenidən bərpa etmək üçün buster dozalara yenidən ehtiyac yaranır”.
N.Mustafayeva qeyd edib ki, koronavirus daha çox məktəblilər arasında yayılıb:
“Ən çox kütləvilik ordadır, eyni zamanda uşaqların immunitetləri böyüklərə nisbətən daha az zəngin olur. Biz bu xəstəliklərin bir çoxunu keçirdiyimiz üçün bizdə T yaddaş immun hüceyrələri formalaşır. Artıq bizdə mövsümü qrip infeksiyalarına qarşı immunitet olduğu üçün çox xəstələnmirik. Uşaqların immun sistemi bu viruslara qarşı təmiz olduğuna görə onlar ətraf mühitlə yeni tanış olurlar və tez-tez xəstələnirlər. Bu hər il belə olub, sadəcə son illər pandemiya olduğuna görə təbiidir ki, insanlar arasında təşviş olur.
Mövsümi infeksiyaların baş qaldırdığı fəsildir, bu xəstəliklərin əlamətləri ilə COVID-19 olduqca oxşardır. Hər biri qızdırma, kataral əlamətlər, öskürək, burun axması, boğaz ağrısı, ümumi halsızlıq, zəiflik, bəzi uşaqlarda qusma, ishal kimi əlamətlərlə keçir. Valideynlər müşahidə etməklə bunun koronavirus olub-olmadığı müəyyən edə bilməzlər. Xəstəliyi müəyyən etməyin yolu yalnız laborator diaqnostikadır. Test olunmaqla biz xəstəliyin adını qoyuruq, bu, əgər COVID-19-dursa özümüzü ətrafdakılardan izolyasiya etmiş oluruq. Uşaqlarımızı yaşlı nənə və babalardan uzaq tutaraq onların təhlükəsizliyini təmin edirik”.
Həkim bildirib ki, respirator virus xəstəliklərin əksəriyyətinin əleyhinə hər hansı dərman yoxdur, onların birbaşa patogenə təsir edən dərman vasitəsi əlimizdə yoxdur: “Bu xəstəliklər ev şəraitində bol maye qəbul etməklə, bir neçə gün ərzində müəyyən qaydalara riayət etməklə sağalıb keçən xəstəliklədir. Müalicədən çox müşahidə tələb edən xəstəliklərdir. Cəmiyyətimiz medikamentoz üsullara meyllidir. Mütləq dərman atmaq, venadaxili müdaxilə, sistem qoşmaq istəyirlər. Bu, tamamilə yanlışdır. Bunların heç birinə ehtiyac yoxdur, həkim müayinəsi olmadan qoşduğunuz sistemlərdən bizə bir xeyir gəlməz. Zərəri isə ola bilər, infeksiya riskidir, əlavə maye yüklənməsidir, amma ondan ciddi bir fayda görməyəcəyik. Odur ki, yüngül və ev şəraitində keçən xəstəliklərdə bu kimi üsullardan istifadə etməməliyik”.
İnfeksionist sonda valideynləri antibiotiklərdən istifadə etməməyə səsləyib: “Çünki mövsümi infeksiyaların çoxu virusdur, bakterial infeksiya deyil”.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...