Səhiyyə
Uşaq xəstəxanaları və pediatrlar azalıb: SƏBƏB və ŞƏRH
Dövlət Statistika Komitəsi 2005-2021-ci illərdə ölkənin səhiyyə sistemində baş verən mənfi tendensiyalarla bağlı hesabat yayıb. Hesabatda respublikada pediatr həkimlərin sayının 4323 nəfərdən 3206-a düşdüyü əks olunub. Uşaq sanatoriyalarının 18-dən 12-yə, uşaq poliklinikalarının, ambulatoriyalarının vә tәrkibindә uşaq şöbәsi olan müәssisәlәrin sayının isə 602-dən 230-a düşməsi göstərilir
Hesabatda qeyd olunan azalmanın səbəblərini Publika.az-a açıqlayan pediatr-həkim Vaqif Qarayev uşaq poliklinikalarının sahələrə bölündüyünü bildirdi:
“Hər sahə üzrə uşaqların sayı ilə bağlı normativ olur. Hansı sahədə uşaqların sayı çoxdursa, poliklinikalarda ona uyğun ştat cədvəli var. Əgər uşaqlar azdırsa, o zaman əlavə həkimin saxlanmasına ehtiyac qalmır, ştat cədvəli ixtisar olunur. Bu normativ uşaq ambulatoriyaları vә tәrkibindә uşaq şöbәsi olan müәssisәlәr üçün də keçərilidir. Kontingent yoxdursa, bu müəssisələri saxlamaq iqtisadi cəhətdən səmərəsizdir”.
Onun sözlərinə görə, hazırda pediatr öz vəzifəsini yerinə yetirir, uşaqların müayinəsini vaxtaşırı həyata keçirir:
“Yayılan hansısa xəstəlik epidemik deyilsə, mövsümi xaraker daşıyırsa, əlavə həkimə ehtiyac qalmır. Yaxud, bir bölgədə uşaqların sayı çox, pediatrlar azdırsa, o zaman problem yaşana bilər. Hazırda isə belə vəziyyətlə qarşılaşmırıq”.
Rövşən Ziya
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


