Sosial
Quşlarınızı belə SAXLAYIN! - Nazirlikdən XƏBƏRDARLIQ
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq
Nəzarəti Xidməti "quş qripi" ilə əlaqədar olaraq təsərüfat
sahiblərinə müraciət edib.
DBNX-dən Publika.az-a verilən məlumatda bildirilib
ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son
məlumatlarına görə dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya
Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin
və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə
alınıb. Hazırda bu xəstəlik Azərbaycan Respublikası ilə həmsərhəd
olan İran İslam Respublikasının da bir çox regionlarında müşahidə
edilir.
"Qonşu ölkədən verilən məlumata görə, İran İslam Respublikasında
quşlar arasında “quş qripi” virusunun yayılması və əhalinin
sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş
zərərsizləşdirilib. Həmçinin hər gün bu xəstəliyin yayıldığı
bildirilib.
Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İran İslam Respublikasından ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub və bu barədə aidiyyəti qurumlara məlumat verilib.
Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları “quş qripi” xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir.Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir".
-
İKT20:12Smartfonun ömrünü belə uzatmaq olar
-
Sosial18:48Mehman Mehdiyev vəzifəsindən getdi
-
Sosial17:50Bu şəxslərə hər ay 100 manat veriləcək - YENİ QƏRAR
-
Dünya16:23Donald Trampa bənzəyən buğa gündəm oldu: Qurbanda kəsəcəklər - FOTOLAR
-
Sosial14:40Deputat: Uşaqpulu tənbəllik yarada bilər - VİDEO
-
Sosial14:27"Telegram" və "WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hakerlər məlumatlarınızı oğurlayır
-
Rəsmi xronika13:38Makron İlham Əliyevə zəng vurdu
-
Dünya12:56Təcili xəbərdarlıq - Ərzaq qiymətləri arta bilər








.jpg)
















.jpg)










