Sosial
Bakıda bayram çadırları İŞƏ BAŞLAYIR - ÜNVANLAR
Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar üçün çadırlar qurulub. Bu günlərdə çadırlarda bayram məhsullarının satışına başlanması nəzərdə tutulub.
Bu barədə Publika.az-a Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.
Onun sözlərinə görə, artıq bir neçə rayon ərazisində çadırlar qurulub:
“Proses mərhələli şəkildə davam edir. Bakının hər bir rayonu ərazisində bu cür çadırların qurulması planlaşdırılır. Əvvəlki illərdən də insanların alışdığı kimi çadırlar əsasən “Gənclik”, “Elmlər Akademiyası”, “Neftçilər”, “Nəriman Nərimanov”, “Koroğlu” və digər metro stansiyaları giriş-çıxışlarında quraşdırılacaq”.
Ə.Bağırovun sözlərinə görə, çadırlarda satışın təşkil edilməsində məqsəd bayramöncəsi qiymətlərin tənzimlənməsidir:
“Bununla yanaşı şəhərin müxtəlif yerlərində pərakəndə şəkildə satışın və antisanitariyanın qarşısını almaq üçün bu addım atılır. Yarmarkalarda əsasən bayram atributları - şəkərbura, paxlava, qoğal kimi şirniyyatlar, yumurta, çərəzlər satılacaq”.
Onun sözlərinə gğrə, bayram çadırlarında satış mart ayının 25-dək davam edəcək.
Gülxar
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO













.jpg)





















.jpg)
