Sosial
Qazın limiti ilə bağlı “Azəriqaz”dan MÜHÜM AÇIQLAMA
Əgər dövlət tərəfindən qazın limitinin iki dəfə artırılması və ya limitin ləğv olunması barədə qərar qəbul edilərsə, “Azəriqaz” bu qərarı icra edəcək.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev son günlər əhaliyə satılan qazın limitinin ləğv edilməsi və ya iki dəfə artırılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.
O, Azəriqaz İB-nin icraedici orqan olduğunu bildirib:
“Azərbaycan Respublikası Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpik tarifi ilə hesablanır.
Qazın limitinin ləğv edilməsi ilə bağlı qərarı da Tarif Şurası verə bilər. "Azəriqaz" icraedici orqandır. Dövlət tərəfindən hansı qərar qəbul olunacaqsa, onun icrası həyata keçiriləcək”.
Qeyd edək ki, bundan əvvəl millət vəkilləri Fazil Mustafa və Qənirə Paşayeva Milli Məclisin iclasında əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış ediblər. İqtisadçı Vüqar Bayramov isə bildirib ki, mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı






.jpg)

.jpg)

.jpg)

.webp)


.jpg)



















