Sosial
Qazın limiti ilə bağlı "Azəriqaz"dan VACİB AÇIQLAMA: Bu gündən...
Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırıldı.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev Publika.az-a açıqlamasında bildirib ki, ötən gün qəbul olunan qərardan sonra artıq 500 kubmetr sayğacların balansına əlavə edilib:
“Mayın 1-dən etibarən smart sayğaclarda aparılan ödəniş əməliyyatında bu yenilik tətbiq edilib, mexaniki sayğaclarda göstəricilərin oxunması işinə başlanılıb. Bu proses iki günə yekunlaşacaq və hesablamalar aparılacaq. Limiti keçməyən abonentlər üçün ciddi bir dəyişiklik olmayacaq. Sadəcə onlar bundan sonra 2200 kubmetrə qədər 0.10 qəpik tarifi ilə ödəniş edəcəklər. 1700 kubmetr limiti keçən abonentlər isə bu gündən etibarən verilən əlavə 500 kubmetrdən də 0.10 qəpiklə istifadə edəcək. Bu abonentlərin də sayı çox deyil”.
Qeyd edək ki, artıq bu güzəştdən – yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanacaq. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artacaq.
Gülxar
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”



































