Sosial
Ombudsmanın tapşırığı ilə türməyə qəfil baxış oldu
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında növbəti başçəkmə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinə keçirilib.
Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, məhkumların və təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə çərçivəsində müəssisənin yataqxana korpuslarına, cərimə təcridxanasına və digər obyektlərə baxışlar keçirilmiş, tibbi yardımın təşkili, yemək-qidalanma, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə məhkumlar, habelə təqsirləndirilən şəxslər fərdi qəbul olunmuş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb. Qəbul olunanlardan bəziləri saxlanma şəraitindən və barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.
Başçəkmə çərçivəsində fərdi qəbul və görüş zamanı qaldırılan məsələlər yerində araşdırılmış, istintaqla bağlı məsələlər üzrə Ombudsmanın səlahiyyətləri çərçivəsində hüquqi məsləhətlər verilmiş, bir sıra müraciətlər yerində təmin olunub.
Yekunda müəssisə rəhbərliyi və əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilib.
Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.
-
Magazin103:43Nahidə Babaşlı ikinci dəfə ailə qurur - Foto
-
Yaxın Şərq02:18Tehrandan qisas hücumu: Küveytdəki ABŞ hədəfləri vuruldu
-
ABŞ01:40ABŞ İrana qarşı yeni zərbə dalğasına başladı
-
Qoroskop01:20Günün ulduz falı: Rutindən kənara çıxmağın vaxtıdır
-
Region13 İyul 23:55İranda partlayışlar baş verdi
-
İdman13 İyul 21:26Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı
-
Hadisə13 İyul 20:24Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları
-
Hadisə13 İyul 19:50Füzulidə yanğınlar zamanı minalar partladı








.jpg)

.jpg)
























