Sosial
Bakıda reydlər keçirilir - FOTO
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər və reydlər təşkil edir.
Publika.az-ın məlumatına görə, qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmasına səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq, hələ də bəzi kafe və restoranlarda bu hallara rast gəlinir. Belə ki, Səbail rayonunda “Sehirli Çıraq” kafesində, “Ağ ev” restoranında və bəzi digər obyektlərdə reydlər zamanı belə hallar aşkarlanmışdır. Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilmişdir.
Məlumatda təəssüflə qeyd edilir ki, bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşların hətta öz işçilərinin və yaxınlarının sağlamlığından daha üstün tutulur. Bununla bağlı müvafiq tədbirlər və reydlər davam etdirilir.
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO













.jpg)





















.jpg)
