Sosial
Qaz limitini keçən abonentlərin sayı açıqlandı
“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin yanvar-iyun aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb.
İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, iyul ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 284 min 980 abonentin cəmi 6,96 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə cəmi 158 949 abonent deməkdir. Onlar hər kubmetrə görə 20 qəpik ödəyiblər. Qalan 2 milyon 126 min 031 (93,04 %) abonent isə qazdan illik limit daxilində, yəni hər kubmetrinə 10 qəpik ödəməklə istifadə edib.
Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı bir neçə aydır ki, xüsusi karantin rejimi tətbiq edilib. Bu müddət ərzində karantin dövrünün qaydalarına əməl etməklə əksər qaz istehlakçıları evdə olub. Bəzi hallarda (mart və aprel ayları) havaların soyuq keçdiyi günlərdə qazdan istifadənin artmasına baxmayaraq 2200 kubmetrlik güzəştli limit həcminin keçilməsi çox müşahidə edilməyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu güzəştdən (aşağı tariflə qaz istehlakından) 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanmaqdadır. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artıb.
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov






.jpg)

.jpg)

.jpg)

.webp)


.jpg)



















