Sosial
Karantin qaydalarını pozaraq ət kəsimi edənlər tutuldu - FOTO
Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyib. Buna baxmayaraq bəzi şəxslər bu tələblərin yerinə yetirməkdən boyun qaçırmağa çalışırlar.
Bu barədə Publika.az-a DİN-dən məlumat verilib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Saray qəsəbəsində yerləşən “Xocavənd” ət dükanında karantin qaydalarını pozaraq ət kəsimi ilə məşğul olan şəxslər saxlanılıblar. Tədbir zamanı Saray qəsəbəsi sakini Rafiq Quliyev və Bərdə rayon sakini Əbülfət Həşimov polisin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq qanunsuz ət kəsimi ilə məşğul olduqları üçün Polis İdarəsinə gətiriliblər.
Onlar saxlanılan zaman polis əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq müqavimət göstərməyə də cəhd göstəriblər. Rafiq Quliyev və Əbülfət Həşimov barəsində tərtib olunan inzibati protokola hüquqi qiymət verilməsi üçün toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Qobu, Mehdiabad və digər qəsəbələrində də qanunsuz ət kəsimi ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)



























