Sosial
İki qurum arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə Publika.az-a Baş Prokurorluqdan məlumat verilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) arasında peşə hazırlığı və tədrisin təşkili sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, mövcud əməkdaşlıq əlaqələrinın daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.
Bu tədbirlərin davamı olaraq, 21 may 2021-ci il tarixdə DGK Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olunub.
Tədbir çərçivəsində qonaqlar Baş Prokurorluğun yeni inzibati binalar kompleksi, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olub.
Daha sonra Akademiyanın rəisi Qulu Novruzovun və DGK-nin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisinin birinci müavini Güloğlan Muradlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovun, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımovun, Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadənin, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Tural Aslanovun, Elm-Tədris Mərkəzinin şöbə rəisi Talıb Cəfərovun iştirakı ilə qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilmiş, peşə hazırlığının təşkil edilməsi sahəsində səylərin birləşdirilməsi qərara alınıb.
Bildirilmişdir ki, iki qurum arasında səmərəli əməkdaşlığın təzahürü olaraq, gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə hazırda Akademiyanın və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri” mövzusunda onlayn birgə təlimlər uğurla həyata keçirilir.
Bundan əlavə, Azərbaycan Respublikasının Baş prokuroru yanında məşvərətçi orqan olan Elmi-Məsləhət Şurasının fəaliyyətində Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndəsi Şahin Hüseynovun səmərəli fəaliyyəti xüsusi olaraq qeyd edilib.
Görüşün nəticələrinə uyğun olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovun və Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzovun iştirakı ilə Mərkəz və Akademiya arasında əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanmışdır.
Memorandum prokurorluq və gömrük orqanları əməkdaşlarının bilik səviyyələrinin və peşə hazırlıqlarının yüksəldilməsi üçün birgə tədris tədbirlərinin təşkil edilməsi, tərəflərin fəaliyyət sahələrinə aid innovativ layihələrin işlənib hazırlanması, təlim və treninq materiallarının mübadiləsi, müxtəlif aktual mövzular üzrə birgə elmi-nəzəri və praktiki tədqiqatların aparılması və sair məsələlər üzrə geniş əməkdaşlığı əhatə edir.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı







.jpg)

.jpg)



.jpg)





.jpg)

















