Sosial
Bu, yoluxmaları artıracaq - Ekspertdən XƏBƏRDARLIQ
Vaxtilə dövlətin xalqın sağlamlığını düşünərək onların mövsümi meyvə və tərəvəzləri istehlak edib immun sistemlərinin gücləndirilməsi üçün təşkil etdiyi yarmarkaları indi nədənsə görə bilmirik. Kənd təsərrüfatı məhsullarını mağazalardan baha qiymətə ala bilməyən insanların bu payız və üzümüzə gələn qış mövsümündə immunitetlərinin güclü olmasından söhbət gedə bilməz.
Bunu Publika.az-a Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.

Ekspert bildirib ki, mövsüm dəyişikliyi zamanı insanların kənardan gələn sərbəst radikallar və viruslara qarşı nə qədər dözümlü olmasını orqanizmin immun sistemi tənzimləyəcək: "Əgər mövsümündə yetişən meyvə və tərəvəzlər, həmçinin təbii kənd məhsulları istehlak olunmazsa, bu, insanlarda immun sisteminin zəifləməsi ilə nəticələnə bilər. Mağazalarda təbii kənd məhsullarının qiymətində olan artımı və işbazların süni məhsul artımını nəzərə alsaq, burada artıq nə immun sistemindən, nə də sağlamlıqdan danışmağa dəyər. Nəticə isə ondan ibarətdir ki, bütün bunlar immun sistemi çökmüş insanların COVID-19-a sərbəst şəkildə yoluxmalarına və xəstələnmələrin sayının iki, hətta üç dəfə artmasına səbəb olur".
Akqabay
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

























