Sosial
Vətən müharibəsində iştirak etmiş həkimlər Milli Məclisdə olub - FOTO
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş bir qrup həkimlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, görüş zamanı Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbə barədə danışıb. Düşmənin 30 illik işğalına son qoyan möhtəşəm Qələbəmizin tariximizin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib. Milli Məclis sədrinin müavini dövlətimizin başçısı, Ali Baş Komandanın dəmir iradəsi, onun ətrafında yumruq kimi birləşən xalqımızın dəstəyi, cəbhədə vuruşan igid əsgərlərimizin qəhrəmanlığı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərqərar olduğunu vurğulayıb.
Qazandığımız tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti və quruculuq işlərindən bəhs edən Adil Əliyev Qarabağımızın qısa müddət ərzində dünyanın ən gözəl guşələrindən birinə çevriləcəyini bildirib. O, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil edilmiş festivalların, qısa müddət ərzində Füzulidə tikilən beynəlxalq hava limanının, eləcə də Zəfər yolunun açılışının mühüm əhəmiyyət daşıdığını söyləyib, başlanmış quruculuq işlərinin 2022-ci ildə də böyük sürətlə davam edəcəyinə əminliyini bildirib.
A.Əliyev işğaldan azad edilmiş ərazilərimizdə abadlıq, quruculuq işləri ilə bərabər, əhalinin sosial rifah halının yaxşılaşdırılmasının dövlətimiz üçün əsas prioritet istiqamətlərdən olduğunu deyib. Milli Məclis sədrinin müavini ölkə Prezidenti və Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğını xüsusi qeyd edib.
Vətən müharibəsindən sonra da şəhid ailələri və qazilər ilə bağlı məsələlərin daim diqqətdə saxlanıldığını deyən Adil Əliyev xalqımıza Qələbəni yaşadan qəhrəmanlarımız və onların ailə üzvləri üçün bütün imkanları səfərbər etməyin vacibliyini söyləyib. O, Qarabağ uğrunda müharibədə göstərdikləri fədakar xidmətlərə görə həkimlərə minnətdarlığını ifadə edib.
Görüşdə iştirak edən həkimlər Vətən müharibəsi başladıqdan dərhal sonra könüllü olaraq döyüş bölgələrinə getdiklərini, üzərilərinə düşən vəzifələri var qüvvələri ilə yerinə yetirdiklərini və bundan sonra da ölkəmiz, xalqımız üçün bütün imkanlarını səfərbər edəcəklərini bildiriblər.
Sonda Vətən müharibəsində iştirak etmiş həkimlərə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanları təqdim edilib.
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı































.jpg)
.jpg)




