Sosial
11 uşaq bağçasının müdiri işdən çıxarıldı - YENİLƏNDİ
Təhsil Nazirliyi (TN) 11 uşaq bağçası müdirinin işdən çıxarılması ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, TN tərəfindən məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinq nəticəsində 11 nəfər bağça müdiri tutduğu vəzifədən azad edilib:
"Belə ki, Tərtər rayonunda yerləşən Qazyan kənd körpələr evi-uşaq bağçası, Hacıqərvənd kənd körpələr evi-uşaq bağçası, Bəyimsarov kənd körpələr evi-uşaq bağçası, Hüsənli kənd körpələr evi-uşaq bağçası, və Qarağacı kənd körpələr evi-uşaq bağçası, həmçinin Saatlı rayonu Şirinbəy kənd körpələr evi-uşaq bağçası, Ucar rayonunda yerləşən Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçası və Qarabörk kənd 2 nömrəli körpələr evi-uşaq bağçası, Qax rayonu Meşəbaş kənd 38 nömrəli uşaq bağçası, Lerik rayonunda yerləşən Qosmalian kənd körpələr evi-uşaq bağçası və Hamarat kənd uşaq bağçasının müdirləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, monitorinq zamanı sözügedən müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkar olunub".
(Report)
xxx
09:53
Azərbaycanda 11 uşaq bağçasının müdiri işdən çıxarılıb.
Publika.az xəbər verir ki, həmin bağça müdirlərinin işinə xitam verilib.
Onların işdən çıxarılmasına səbəbi hələ ki, açıqlanmayıb.
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman14 Oktyabr 16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region14 Oktyabr 15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ14 Oktyabr 15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO















.jpg)


.jpg)




















