Sosial
Bakıda yeni yerüstü piyada keçidi inşa edilir - FOTO
Bakının Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində yeni piyada keçidi tikilir.
Publika.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 65.4 metr, daxili eni 4.5 metr, aşırım hissəsinin uzunluğu 50.6 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq.
Hazırda keçiddə özül svaylarının vurulması, özül və dayaqların tikintisi aparılır. Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

























