Sosial
Tərtər İH-də “Qazi işi”: “QARA KASSİR” vəzifəsini itirdi
Tərtər Rayon İcra Hakimiyyətində Ümumi şöbənin müdiri Svetlana Əzizova azad olunub.
Publika.az-a daxil olan məlumata görə, Svetlana Əzizova işindən qalmaqallı şəkildə ayrılıb. Daha doğrusu, o hazırda daha kiçik vəzifəyə keçirilib. Əldə etdiyimiz məlumata görə, bundan əvvəl Svetlana Əzizova rayon icra hakimiyyətində Vətəndaşların müraciətləri üzrə iş şöbəsinin müdiri vəzifəsini daşıyıb.
İddialara görə, Sveta Əzizova Tərtər rayonundakı uşaq bağçalarına pərdəarxası “rəhbərlik” edib. Yəni S. Əzizova “qara kassa” funksiyasını yerinə yetirib. İddialara görə, elə onun işdən azad olunmasına səbəb də buradakı fəaliyyətləri ilə bağlıdır.
Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, bir müddət əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin önündə intihara cəhd edən Qarabağ qazisi İlqar Həsənovun 5 saylı baxçada çalışan qızına problemlər yaradan Svetlana Həsənova qazini intihar həddinə çatdıran əsas şəxslərdən biridir. Onun Tərtərdəki 5 saylı uşaq baxçasının rəhbəri Nigar adlı şəxslə əlbir olaraq qazi İlqar Həsənovun həmin müəssisədə çalışan qızına problemlər yaratdığı vurğulanır. Bütün ölkənin gündəminə çevrilən bu hadisədən sonra Tərtər Rayon İcra Hakimiyyəti Svetlana Əzizovanı vəzifədən kənarlaşdırıb.
Əldə etdiyimiz məlumata görə, hazırda adıçəkilən məsələ ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
P.S: Yazıda adları keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

























