Sosial
Rus milyarderlər durmadan yoxsullaşır - SİYAHI
Bloomberg Milyarderlər İndeksinə (BBI) daxil olan Rusiyanın ən varlı adamlarının ümumi sərvəti ilin əvvəlindən bəri kəskin şəkildə 75,1 milyard dollar azalıb.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.
Eyni zamanda, Rusiyanın ən zəngini, Norilsk Nikelin əsas sahiblərindən biri Vladimir Potanin sərvətini 92,6 milyon dollar (31 milyard dollara qədər) artırıb. İkinci yerdə qərarlaşan “Novatek”in həmsahibi Leonid Mixelson 5,07 milyard dollar (27,4 milyard dollara qədər) yoxsullaşıb.
Aleksey Mordaşovun (Severstal) sərvəti 7,79 milyard dollar azalaraq 21 milyard dollar olub. NLMK benefisiarı Vladimir Lisin 7,22 milyard dollar itirib (təxminən 20,8 milyard dollar).
Bundan əvvəl rusiyalı milyarder və AFK Sistema-nın ən böyük səhmdarı Vladimir Yevtuşenkov 2023-cü ilin ölkə iqtisadiyyatı üçün çətin olacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı üçün əsas problem texnoloji gerilik riskidir.
“Ölkə bunu nə bu gün, nə sabah, nə də iki ildən sonra hiss edə bilər. Adətən, texnoloji geriləmə beş-yeddi il və ya daha çox müddətə təsir edir", - deyə iş adamı vurğulayıb.
Ayşən Rəhim
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ4 Noyabr 19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 4 Noyabr 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI




































