Sosial
Bu şəxslər hər ay vəzifə maaşına əlavə alacaqlar
Azərbaycanda miqrasiya orqanlarının işçiləri bu ildən hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev ötən il dekabrın 20-də “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik barədə qanunu imzalayıb.
Sənədə əsasən, Əsasnamənin 80-ci maddə aşağıdakı redaksiyada verilib: Miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Əsasnamənin 81-ci maddəsi ləğv edilib.
Prezidentin imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikasında müvafiq vəzifələrdə olan dövlət qulluqçularının aylıq vəzifə maaşları səviyyəsində müəyyən edilib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO








.jpg)


























