Sosial
Artımlar hansı aydan ödəniləcək? - Pensiya haqda daha bir AÇIQLAMA
"Bu il pensiya artımlarında iki mühüm yenilik tətbiq olunacaq. Pensiyaların artımı bütün əmək pensiyalarına şamil ediləcək".
Publika.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, əvvəlki illərdə təxminən 90 min vətəndaşın əmək pensiyaları indeksasiya olunmurdu:
"Vahid indeksasiya mexanizminin tətbiq olunması imkan verəcək ki, məhz həmin vətəndaşların da əmək pensiyalarında artımlar müşahidə olunsun. Pensiyalar yardımlar nəzərə alınmaqla indeksasiya ediləcək. 2022-ci ildə pensiyaçılara 200 manat yardım ödənilib. Bu, aylıq olaraq 16,7 manatdır. Bu da pensiyaçıların pensiya məbləğinə əlavə olunacaq. Məsələn, vətəndaş 400 manat pensiya alırsa, onun üzərinə 16,7 manat əlavə olunacaq. Bu da 416 manat 70 qəpik edəcək. Bu məbləğ isə orta hesabla 15 faizə indeksasiya olunacaq. Bu zaman 400 manat pensiya alan vətəndaşın pensiyasında təxminən 62 manat artım qeydə alınacaq".
Deputat qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, əmək pensiyalarındakı artımlar əvvəlki ilin orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir:
"Ötən ilin 11 ayının yekunlarında əmək haqqı artımı 14,5 faiz olub. İlin yekununda illik orta aylıq əmək haqqı artımının təxminən 15 faiz olacağı gözlənilir. Orta aylıq əmək haqqı ilə bağlı statistika yanvarın sonunda elan olunacaq. Həmin rəqəm elan olunduqdan sonra cənab Prezident tərəfindən indeksasiya ilə bağlı sərəncam imzalanacaq. Rəsmi statistika hər ilin birinci ayının sonunda elan olunur. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yəni, yanvar üçün hesablanmış artım da fevral ayında veriləcək".
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı







.jpg)

.jpg)



.jpg)





.jpg)

















