Sosial
Minimum əmək haqqı artdı: Fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər?
“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi sosial haqların məbləği minimum əmək haqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əmək haqqı artırıldığı üçün sosial haqların məbləğində dəyişikliklər də baş verdi. Əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əmək haqqının mütəmadi artırıldığını nəzərə alaraq, sahibkarlar üçün differensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov deyib.
.jpg)
Deputat hesab edir ki, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur:
“Bu, nəticədə, minimum əmək haqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər”.
V.Bayramov bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqlarının yeni məbləğlərini də təqdim edib:
“Bakı şəhəri üzrə:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 172.5 manat
Digər sahələrdə çalışan sahibkarlar- 86.25 manat
Sumqayıt və Gəncə şəhərlərində çalışanlar üçün:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 155.25 manat
Digər sahələrdə çalışan sahibkarlar- 77.62 manat
Digər şəhərlərdə çalışanlar üçün:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 138.0 manat
Digər sahələrdə çalışan sahibkarlar- 69.0 manat
Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 103.5 manat
Digər sahələrdə çalışan sahibkarlar - 51.75 manat
Kənd yerlərində:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 86.25
Digər sahələrdə çalışan sahibkarlar - 43.12 manat
Muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər üçün sosial sığorta haqqlarında dəyişikliklər olacaq.
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – 17.25 manat
Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – 17.25 manat
Çəkməçi, pinəçi – 10.35 manat
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – 10.35 manat
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – 10.35 manat
Nəqqaşlıq emalatxanalarının fəaliyyəti – 10.35 manat
Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – 10.35 manat
Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – 10.35 manat”.
Akqabay
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın
-
Magazin209:42Baş məşqçinin həyat yoldaşının bu hərəkəti sosial şəbəkələri qarışdırdı - VİDEO
-
Dünya08:36Məşhur aktyor maşını ilə 20 yaşlı qızı vurub qaçdı - 10 ilədək həbs gözləyir







































