Sosial
Marqarin yağlarına dair sanitariya norma və qaydaları dəyişdirildi
“Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” təsdiqlənib.
Publika.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.
Yaxılabilən yağlar qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ-su emulsiyası halında olan, formaya salına bilən, yağ tərkibi 10 - 90% arasında olan yağlar (marqarin və spred), qatı yağlar qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ tərkibi 91-99% arasında olan yağlardır. Trans yağ turşuları isə ən azı bir ədəd trans konfiqurasiyada “karbon-karbon” ikiqat əlaqəyə malik yağ turşularıdır.
Qaydaya əsasən, yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarı (heyvan mənşəli yağlarda və piylərdə təbii halda yaranan trans yağ turşuları istisna olmaqla) məhsulun ümumi yağ tərkibinin 2%-dən çox olmamalıdır.
Bu qayda kərə yağı və süd yağı əsaslı yağlara şamil edilmir.
Qərar 2023-cü il 1 avqust tarixindən qüvvəyə minir.
Qayda qüvvəyə mindikdən sonra qida subyektləri tərəfindən sözügedən məhsulların qeyd edilən tələblərə uyğunluğu 6 (altı) ay müddətində təmin edilməlidir.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
























.jpg)














